» » » » » İcra başçısının iclasında nümayəndəsini həbs etdilər-ZƏRDABDA

Ağdaş Polis Şöbəsinin əməkdaşları Əşrəf İbrahimovu İcra Hakimiyyətinin zaldan aparıblar
Zərdab rayonunda indiyə qədər baş verməyən hadisə qeydə alınıb. Dosye.org xəbər verir ki, dünən rayon İcra Hakimiyyətinin binasında keçirilən iclas zamanı Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları içəri daxil olaraq, icra nümayəndələrindən birinin qoluna qandal vuraraq, aparıblar.
Rayondan verilən məlumata görə, həbs olunan məmur Zərdab rayonunun Bıçaqçı kəndinin icra nümayəndəsi Əşrəf İbrahimovdur. Maraqlıdır ki, bu əməliyyat İcra Hakimiyyətinin binasında dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar iclas zamanı keçirilib. Əşrəf İbrahimovun hansı səbəbdən həbs olunması hələlik məlum deyil.

Müəllif: GM_MONSTER

«
Sonra
Sonraki Kayıt
»
Əvvəl
Önceki Kayıt

Hiç yorum yok:

Şərh yaz